Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

Tailand HİV-ə qarşı təsirli vaksin düzəltdiyini deyir


Tailandın səhiyyə rəsmiləri bəyan ediblər ki, AİDS (SPİD) xəstəliyinə səbəb olan virusa qarşı təsirli vaksin düzəldiblər və 16 min nəfər könüllü üzərində aparılan təcrübə göstərib ki, yeni vaksin virusa yoluxmanın qarşısını almaqda 31,2 faiz təsirlidir.

Səhiyyə naziri Withaya Kaevparaday deyib ki, bu, virusa qarşı mübarizədə “ciddi dönüş” sayıla bilər, çünki indiyəcən heç bir vaksinin xəstəliyin qarşısını almaqda effektivliyi sübut edilməmişdi.

Tailandda 600 minə yaxın adam HİV/AİDS virusunun daşıyıcısıdr.

XS
SM
MD
LG