Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:02

«Avtovaz» işçilərini ixtisar etməyə hazırlaşır


Rusiyanın «Avtovaz» avtomobil şirkəti bu il işçilərinin 1/4-ni ixtisar edəcək.

Şirkətin bəyanatına deyilir ki, 27 600 iş yeri ixtisar olunur.

«Lada» maşınlarının istehsalçısı olan «Avtovaz» iqtisadi böhranla bağlı ölkədə tələbatın azalması ilə üzləşib.

Şirkət bildirib ki, bu il 36 min iş yerinin azaldılması müzakirə edilsə də, sonradan «Avtovaz» ticarət birliyi həmin sayı azaldan plan təqdim edib.

«Avtovaz»ın səhmlərinin 25 faizi Fransanın «Renault» şirkətinə məxsusdur.

Ötən həftə Rusiya mətbuatı ölkənin ikinci ən böyük maşın istehsalçısı «QAZ» qrupununun da ilin sonunadək 14 min iş yerini ixtisar edəcəyini açıqlayıb.
XS
SM
MD
LG