Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

8,7 kiloluq uşaq dünyaya gətirdi


İndoneziyalı qadın 8,7 kiloluq uşaq dünyaya gətirib. Həkimlər qeysər kəsiyi əməliyyatına əl atmalı olublar. (DPA)

Ananın və körpəsinin vəziyyəti normaldır.

Xəstəxanaya gətirilərkən ananın çəkisi 110 kiloqram olub.

Həkimlərdən biri Binsar Sitanqqanq deyir ki, körpə elə hey ağlayıb yemək istəyir. “O başqa uşaqlardan fərqli olaraq çox ucadan ağlayır”.

Həkimlər güman edir ki, uşağın çəkisi anasının diabetli xəstə olması və körpənin ana bətnində həddən atrıq qlükoza alması ilə bağlıdı.

Yerli media yazır ki, bu, indiyəcən ölkədə dünyaya gələn ən ağır körpədir. Bundan əvvəlki rekord 6,9 kilo idi.
XS
SM
MD
LG