ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşüb. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hazırkı vəziyyəti və iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərini müzakirə ediblər.
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini Avropa Komissiyasının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benito-Ferrero Valdnerlə də müzakirə edib. Münaqişənin tezliklə həllinin vacibliyini bildirən Valdner, Avropa Komissiyasının bu istiqamətdə töhfə verməyə hazır olduğunu deyib.
Görüşdə həmçinin qurumla Azərbaycan arasında əməkdaşlıq və onun perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Valdner Azərbaycanın Avropanın enerji təminatı üçün vacib ölkə olduğunu vurğulayıb və deyib ki, Avropa Komissiyası Azərbaycanla assosiasiya müqaviləsi imzalamaq qərarını verib və bu yaxınlarda həmin mandat hazır olacaq.
Elmar Məmmədyarov Nyu-Yorkda İsrailin, Avstriyanın, Portuqaliya, Kuba və digər ölkələrin xarici işlər nazirləri ilə danışıqlar aparıb.
/AnsPress/