Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:26

Ermənistanda nələr olur?


Ermənistan müxalifətinin lideri Levon Ter-Petroasyan ölkənin Kotyak bölgəsində tərəfdarları arasında. 5 avqust 2009
Ermənistan müxalifətinin lideri Levon Ter-Petroasyan ölkənin Kotyak bölgəsində tərəfdarları arasında. 5 avqust 2009
Ermənistanın korrupsiyaya ən çox uğramış xidməti gömrükdür, - bunu «Transparency İnternational» təşkilatı Ermənistan haqda yeni hesabatında yazır.

(Təşkilat dünyanın 45 ölkəsi haqda qısa hesabatlar hazırlayıb. Onlar arasında Azərbaycan yoxdur. Bu hesabat sonra olacaq).

85 FAİZ DEYİR Kİ, GÖMRÜK RÜŞVƏTXOR QURUMDUR

«Transparency International» (TI) son rəy sorğusunu xatırladır: Ermənistanda rəyi soruşulanların 85 faizi gömrük haqda deyib ki, bu, rüşvətxor qurumdur.

Keçən il hətta prezident Serj Sarkisyan biznesmenlərin gömrüklə əlbir olub, qaçaqmalçılıqla məşğul olmalarından narazılığını bildirdi. Xaricdən gələn mallara nəzarətdə gömrüyün məhdudiyyətsiz hakimiyyəti var, - deyən prezident Gömrük xidmətinə yeni rəhbər qoydu.

Ancaq prezidentin gömrükdəki rüşvətlə doğrudan da mübarizə aparmaq istəməsi jurnalistlərdə və ekspertlərdə çox böyük şübhələr oyatdı, çünki Sarkisyanın Gömrük Komitəsinə qoyduğu yeni sədr Qaqik Xaçatryanın özünü biznesmenlər ayrı-seçkilikdə ittiham eləyirdilər.

TI belə bir misal çəkir. Ermənistana gələn ərzağın və kofenin 10 faizini gətirən şirkətin rəhbərləri hələ 2004-cü ildə Gömrük xidmətini və onun o vaxt sədr müavini olan Xaçatryanı ittiham eləyirdilər ki, onlardan 50 faiz daha çox vergi və rüsum alır, nəinki rəqib şirkətlərdən.

Bu hadisədən sonra açıq narazılıq bildirən iki biznesmeni Milli Təhlükəsizlik Nazirliyi həbs elədi. Sonra da onlara uzun müddətli həbs cəzası verildi.

TI xüsusi qeyd eləyir ki, Ermənistanda 2 biznes rəhbəri məhz gömrükdən şikayət eləyəndən sonra tutuldular.

TI DAHA SONRA TELEVİZIYALARA KEÇİR

Hesabatda deyilir ki, Ter-Petrosyan 1998-ci ildə istefa verəndən sonra ilk dəfə televiziyaya 2007-ci ildə çıxdı. Həmin çıxışda Ter-Petrosyan dedi ki, «indiki rejim rüşvətxordur və cinayətkardır».

Bu məşhur çıxış haqda çoxları eşidib, ancaq bu çıxışı verən televiziyanın başına nələr gəldi? - bunu Ermənistandan qıraqda çoxları bilmir.

Həmin çıxışı verən müstəqil GALA televiziyasının rəhbəri 20 gün sonra Milli Təhlükəsizlik Nazirliyinə çağırıldı.

Bir neçə gün sonra isə GALA televiziyasına verilən reklamlar dayandırıldı.

Daha sonra Vergi Xidməti televiziyada yoxlama apardı və elan etdi ki, GALA-nın təsisçisi Chap Ltd şirkəti vergidən 78 min dollar yayındırıb. Vergi Xidməti şirkətin bütün hesablarını dondurmağa nail oldu.

Paralel olaraq GALA televiziyasının yerləşdiyi Gümri şəhərinin meri GALA televiziyasına qarşı iddia qaldırdı ki, ötürücünü qeyri-qanuni qoyublar...

«Transparency International» yazır ki, GALA doğrudanmı günahkardır? – bunu demək çətindir, ancaq televiziyanın başına bütün işlər Ter-Petrosyanın çıxışını verəndən sonra gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG