Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:14

Səid Mətinpurun səhhəti pisləşir


Səid Mətinpur bu il Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il həbs cazası alıb
Hazırda Tehranın Evin həbsxanasında cəza çəkən jurnalist və hüquq müdafiəçisi Səid Mətinpurun səhhəti getdikcə pisləşməkdədir.

Bunu AzadlıqRadiosuna Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının üzvü Yaşar Həkkakpur məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda Səid Mətinpur həbsxanadan evinə zəng vursa da, xanımı Etiyyə Tahiri ilə danışa bilməyib. Qısa telefon danışığında həyat yoldaşı onun xəstəliyinin şiddətləndiyini hiss edib.

Yaşar Həkkakpur deyir ki, Səid Mətinpur ağ ciyərindən əziyyət çəkir. Onun vəkilləri Səid Mətinpurun müalicə üçün müvəqqəti azadlığa buraxılmasını istəsələr də, bu xahiş rədd edilib. Hüquq müdafiəçisinin sözlərinə görə, halbuki, İran qanunları buna imkan verir.

Səid Mətinpur bu il Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il həbs cazası alıb. O, xarici ölkələrə cəsusluqda ittiham edilir.

Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının üzvü Yaşar Həkkakpur deyir ki, bu ittihamın heç bir əsası yoxdur. O, məhz jurnalist və hüquq müdafiəçisi fəaliyyətinə görə haqsız yerə həbs edilib.
XS
SM
MD
LG