Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 18:48

Fransada miqrant düşərgəsi sökülür


Fransa polisi Kale şəhəri yaxınlığında miqrantların düşərgəsini sökməyə başlayıb.

Yüzlərlə polis səhər tezdən düşərgə şəhərciyini əhatəyə alıb. Düşərgədə Əfqanıstan, İraqdan olan azı 200 miqrant məskunlaşıb.

Son on illikdə minlərlə kişi Kale şəhərinə gələrək, bərəyə atlanaraq, ya da qatarla Britaniyaya keçmək istəyib.

Rəsmilər deyir ki, «cəngəllik» adı almış düşərgə pis sanitar şəraiti ilə silah qaçaqmalçıları üçün məskənə çevrilib.

Fransa hökuməti bu həftənin sonunadək düşərgəni bağlayacağını deyib.
XS
SM
MD
LG