Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 21:05

Hondurasda komendant saatı tətbiq olunub


Hondurasda ölkənin devrilmiş prezidenti Manuel Zelayanın qəfil dönüşündən sonra komendant saatı tətbiq olunub.

Zelaya hazırda Braziliya səfirliyindədir və bəyan edib ki, rəqibləri ilə «dinc dialoq aparmaq» niyyətindədir. Səfirliyin binası qarşısında Zelayanın çoxlu solçu tərəfdarı toplanıb.

Ölkənin müvəqqəti lideri Roberto Miçeletti Braziliya hökumətindən Zelayanı verməyi tələb edib.

M. Zelaya referendum keçirib, prezidentlik müddətlərinə məhdudiyyəti götürmək istəyirdi, hərbçilər onu devirdi və ölkədən qovdu. Honduras konstitusiyası bir dəfədən artıq prezident olmağa icazə vermir.

Dünya ictimaiyyəti onun hakimiyyətə bərpa olunmasını istəyir.
XS
SM
MD
LG