Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

İnqilabdan sonra Kubada ən böyük konsert keçirildi


Minlərlə kubalı Havanada 1959-cu il inqilabından sonra ən böyük açıq hava konsertinə qatılıblar. Konsertdə Latın Amerikasından, İspaniya və Kubanın ən yaxşı beş artisti qatılıb.

Amerika prezidenti Barak Obama bu konserti yüksək qiymətləndirib, amma Kubanın Mayamidəki mühacir icması tədbiri kəskin pisləyib, deyib ki, bu, adanın kommunist rejiminin legitimləşdirmək deməkdir.

Məlumatlara görə, “Sərhədsiz Sülh” adlanan konsertin təşkilatçısı Kolumbiyalı müğənni Cuanez hətta Mayamidəki icmadan ölüm hədəsi alıb.

Bununla belə, Kuba daxilində 20 ən nüfuzlu dissident konserti dəstəkləyib.

XS
SM
MD
LG