Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:42

İsrail və Fələstin liderləri Obamayla görüşəcək


İsrail və Fəlstin rəhbərliyi Yaxın Şərq sülh prosesinin bərpasıyla bağlı ABŞ prezidenti Barak Obamayla 3 tərəfli görüş keçirilməsi təklifini qəbul ediblər.

Barak Obama sentyabrın 22-də BMT-nin baş assambleyasının sesiyası çərçivəsində İsrailin baş naziri Benyamin Netanyağu və Fələstin muxtar ərazilərinin lideri Mahmud Abbasla görüşəcək.

Görüş Obamanın hər iki liderlə aparacağı ayrıca danışıqlardan dərhal sonra baş tutacaq.

İsrailin Fələstin ərazilərində yəhudi qəsəbələrinin tikintisini davam etdirməsi sülh prosesində əsas əngəllərdən biri olaraq qalır.
XS
SM
MD
LG