Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Obama işgəncə faktlarıyla bağlı istintaq aparmamağa şağrılır


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 7 keçmiş rəhbəri prezident Barak Obamanı ifadə vaxtı işgəncə faktlarıyla bağlı araşdırmaları dayandırmağa çağırıblar.

Prezidentə göndərilmiş məktubda deyilir ki, istintaq Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətinə xələl gətirə bilər.

Birləşmiş Ştatların baş prokurou Erik Holder bu ilin avqustunda bildirib ki, müstəntiqlərin terrorçuluqda şübhəli bilinən şəxslərlə amansız davranması faktlarıyla bağlı istintaq aparmaq fikrindədir.

Müraciət müəllifləri deyir ki, artıq keçmiş prezident Corc Buşun dövründə bu cür araşdırma aparılıb və yalnız istintaqlardan birində pozuntu aşkar edilib.
XS
SM
MD
LG