Ramazan Bayramı günlərində Azərbaycan ərazisində hava buludlu olacaq.
Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava arabir tutulacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-24 dərəcə olacaq.
Sentyabrın 21-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Sentyabrın 22-də isə buludlu hava şəraitinin gündüz arabir açılacağı gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 20-si axşamdan başlayaraq sentyabrın 21-i və 22-də bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 15-19, gündüz 24-27 dərəcə, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə olacaq.