Bakıda rəqəmli işıqforların quraşdırılmasına başlanılıb. Bu barədə «APA»ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov məlumat verib.
Mətbuat xidmətinin rəhbəri deyib ki, artıq belə işıqforlardan biri Hökumət Evinin yaxınlığında quraşdırılıb. Onun sözlərinə görə, rəqəmli işıqforların yaxın gələcəkdə paytaxtın mərkəzi küçələrində quraşdırılmasına başlanacaq.
Ə. Məcidov deyib ki, dünyanın əksər böyük şəhərlərində geniş istifadə olunan rəqəmli işıqforlar hərəkətin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir: «Rəqəmli işıqforlar sürücülərə böyük köməklik göstərir. Onlar işıqforun növbəti işığının nə zaman yanacağı ilə bağlı vaxtı görə bilirlər». /APA/