“Volkswagen” avtomobil şirkəti Soçidə keçiriləcək 2014-cü ilin Qış Olimpiadasının rəsmi sponsoru oldu. Təşkilatçılar indiyə qədər sponsordan 750 milyon dollar alıblar.
Bu gün həmin şəhərdə keçirilən sərmayəçilərin forumunda Soçi Olimpiadasının təşkilat qrupunun rəhbəri Dmitri Çernışenko “Volkswagen” Group Rus şirkətinin direktoru Dietmar Korzekva ilə müqavilə bağlayıb.
Razılaşmaya görə “Volkswagen” təşkilat komitəsinə 3000 avtomobil verəcək. Avtomobillərin əksəriyyəti “Volkswagen”in Rusiyanın Kaluqa regionundakı fabrikində yığılacaq.
Olimpiadanın digər sponsorları Aeroflot, telekommunikasiya şirkətləri Rostelecom və Meqafon, neft-qaz şirkəti Rosneft və borcverən Sberbankdır.