Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 17:44

Astarada dindarlar yürüş keçiriblər


Astara rayonunun Ərçivan kəndində dindarlar yürüş keçiriblər. Beş yüzə yaxın rayon dindarı saat 17 radələrində Ərçivan kəndində yerləşən «Məhəmməd Hənəfiyə» məscidindən «Qəzəndaş» türbəsinə qədər 2 kilometr məsafəni qət ediblər. Astara-Bakı yolunda maşınların hərəkəti məhdudlaşdırılıb. Yürüş iştirakçıları Amerikanın və İsrailin əleyhinə şüarlar səsləndiriblər. Ölkədə məscidlərin sökülməsinə etiraz edən şüarlar da səslənib.

Yürüş yerinə rayon polis şöbəsinin rəisi və digər vəzifəli şəxslər gəliblər. Aksiya başa çatandan sonra dindarların bir qrupu polis şöbəsinə aparılıb. Astara rayon polis şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, şöbəyə gətirilənlər bir neçə dəqiqədən sonra azad ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG