Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:59

Tehranda hökumət əleyhinə şüarlar səslənib


Yüzlərlə nümayişçi hökumətin xəbərdarlığına baxmayaraq sentyabrın 18-də Tehranda hökumət əleyhinə şüarlar səsləndiriblər.

Qərb mətbuatı bildirir ki, keçmiş baş nazir, prezidentliyə namizəd olmuş Mir Hüseyn Musəvinin minlərlə tərəfdarı “Qüds günü” ilə bağlı keçirilən yürüşdə iştirak edib.

Musəvi tərəfdarlarının qollarında yaşıl sarğı olub.

Şahidlər bildirib ki, müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri, ya da Əhmədinejat tərəfdarları arasında toqquşma olub.


Musəvi və müxalifətçi Mehdi Karubidən başqa sabiq islahatçı prezident Məhəmməd Xatəmi də aksiyada iştirak edəcəyini bildirmişdi.

Bu gün prezident Əhmədinejatın Tehran universitetində çıxış edəcəyi gözlənilir.
XS
SM
MD
LG