Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:29

Metroya bomba qoyulması xəbəri yayılıb


Bakı Metropoliteninin bir neçə stansiyasına bomba qoyulması barədə polisə məlumat daxil olub.

Hadisə ötən gün baş verib. Bir-birinin ardınca Daxili İşlər Nazirliyinin «102» xodmətinə zəng edən naməlum şəxslər «Qara Qarayev», «20 Yanvar» və «Sahil» metro stansiyalarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat veriblər.

Daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb və əraziyə xilasedicilər cəlb edilib. Metro stansiyalarında olan insanlar evakuasiya olunub və axtarış tədbirləri həyata keçirilib. Məlumat təsdiqini tapmayıb.

Artıq anonim zənglərin edildiyi ünvanlar müəyyənləşib. Hazırda polis anonim zəglərin müəllifinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Məlumatı «APA» agentiyi yayıb.
XS
SM
MD
LG