Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Bakıda Fövqəladə Hallar nazirləri toplaşıb


Sentyabrın 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə hallar üzrə qurumları rəhbərlərinin toplantısı keçiriləcək.

Tədbirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya, Rusiya, Türkiyə, Ukraynanın, habelə müşahidəçi qismində digər dövlətlərin müvafiq qurumlarının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

İclasda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaqdır.

Tədbirin yekunlarına dair Bakı bəyannaməsi qəbul ediləcəkdir.
XS
SM
MD
LG