Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:23

Bu gün Üzeyir Hacıbəyovun doğum günüdür


Sentyabrın 18-i Azərbaycanda Musiqi Günü kimi qeyd edilir, 18 sentyabr 2009
Sentyabrın 18-i Azərbaycanda Musiqi Günü kimi qeyd edilir, 18 sentyabr 2009
Sentyabrın 18-də Azərbaycan bəstəkarı, publisist və ictimai xadim Üzeyir Hacıbəyov anadan olub.

O, 1908-ci ilin yanvarın 12-də «Leyli və Məcnun» operası ilə professional Azərbaycan musiqisinin əsasını qoyub. Bu, şərqdə ilk opera hesab olunur.

1937-ci ildə isə bəstəkarın Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bəhs edən «Koroğlu» operasının ilk tamaşası olub.

Ü.Hacıbəyov lap gənclik çağlarından 1905-ci Bakıda ədəbi-publisistik fəaliyyətə başlamış, əvvəlcə «Həyat», daha sonra isə «İrşad» və «Həqiqət» qəzetlərinin əməkdaşı olmuşdu. Üzeyir bəyin jurnalistlik fəaliyyətinin zirvəsi Cümhuriyyət dövrünə təsadüf edir, məhz məsuliyyətli vaxta parlamentin orqanı olan «Azərbaycan» qəzetinin redaktoru vəzifəsi ona həvalə edilir.

Sentyabrın 18-i Azərbaycanda Musiqi Günü kimi qeyd edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG