Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:31

Amerikalıların çoxu böhranın bitdiyinə inanmır


Amerikalıların 86 faizi maliyyə böhranının bitdiyinə inanmır. Sorğunu CNN keçirib.

Amerikalıların yalnız 13 faizi ölkənin mərkəzi bankının rəhbəri Bernankenin böhranın başa çatması haqda fikirlərini bölüşür.

Fikri soruşulanların yalnız 9 faizi hesab edir ki, onların ailəsinin yaşayış şəraiti axır bir ildə yaxşılaşıb. 39 faiz düşünür ki, onların ailəsinin vəziyyəti pisləşib. 52 faiz isə hesab edir ki, heç nə dəyişməyib.

Sorğu telefonla sentyabrın 11-13-də aparılıb və mindən çox adamı əhatə edib.
XS
SM
MD
LG