Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 20:48

Polşada belorus casusuna cəza kəsiblər


Polşa məhkəməsi casusluq ittihamı ilə belorus Siarhey Monikə 5 il yarım müddətinə həbs cəzası kəsib.

Onu 2005-2006-ci illərdə “Polşanın dövlət təhlükəsizliyinə aid məlumatları” Belorusa ötürməkdə təqsirli biliblər.

Məhkəmə bağlı qapılar arxasında keçirilib. Moniki keçən ilin noyabrında Litvada tutmuşdular və Polşaya təhvil vermişdilər.

O, polyak dostunun köməyi ilə Polşa xarici işlər nazirliyinin işçilərinin adları və ünvanları haqda məlumatları və bir sıra gizli sənədlər əldə etməyə çalışırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG