Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:43

Gürcüstan vətəndaşları quru yolu ilə Azərbaycandan Rusiyaya gedə bilməyəcəklər


Bunda sonra Gürcüstan vətəndaşları quru yolu ilə Azərbaycandan Rusiyaya gedə bilməyəcəklər.

«İnterfax» agentliyinin məlumatına görə, Rusiya XİN-i sentyabrın 17-də bəyan edib ki, Gürcüstan MDB-dən çıxdığı üçün bu ölkənin vətəndaşları artıq quru yolu ilə Azərbaycandan Rusiyaya gedə bilməzlər:

«Gürcüstanın 18 avqust 2009-cu ildə MDB-dən çıxması onun vətəndaşlarını avtomatik olaraq Rusiya - Azərbaycan sərhəd buraxılış məntəqəsindən bu ölkəyə gediş-gəlişə icazəsi olan xaricilər sırasından kənarlaşdırır».

Məlumatda bildirilir ki, MDB ölkələri arasında mövcud olan sazişə görə Rusiya-Azərbaycan sərhədləri yalnız üzv dövlətlərin vətəndaşları üçün açıqdır.
XS
SM
MD
LG