Keçid linkləri

2025, 04 İyun, çərşənbə, Bakı vaxtı 10:12

Kabildə partlayışda azı 9 nəfər ölüb


Kabildə güclü partlayış olub, azı 9 nəfər ölüb. Hadisəyə görə məsuliyyəti taliban öz üzərinə götürüb. Ölənlər arasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin 6 italyan hərbçisi də var. Ölənlərin azı 2-si dinc sakindir. 30-dan artıq yaralı var.

Polis bildirib ki, intiharçı Kabil aeroportuna gedən yolda minalanmış maşını partladıb.

Bu son 5 həftə ərzində Kabildə baş verən azı dördüncü partlayışdır.
XS
SM
MD
LG