Keçid linkləri

Təcili xəbərlər
2024, 21 Fevral, çərşənbə, Bakı vaxtı 10:07

Gürcüstana qoyulan xarici investisiyalar azalıb


Gürcüstana qoyulan birbaşa xarici investisiyaların həcmi azalıb.

Gürcüstanın Statistika İdarəsi bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk yarısında investisiya yatırımı 80 faiz azalıb.

Bu qlobal maliyyə böhranı və avqust müharibəsi ilə əlaqədardır.

Xarici sərmayələrdən asılı olan Gürcüstanın bu il azı 1,5 faiz artım əldə edəcəyi gözlənilir.

2009-cu ilin ilk yarısında Gürcüstana ən çox sərmayə qoyanlar Birləşmiş Ərəb Əmirliyi, Britaniya və Türkiyə olub.
XS
SM
MD
LG