Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 02:19

1.5 milyon seçki bülleteni saxta hesab oluna bilər


Əfqanıstanda prezident seçkilərində 1,5 milyon seçki bülleteni saxta hesab oluna bilər. Avropa Birliyinin müşahidə missiyasının rəhbəri Filip Morillon deyib ki, kiminsə qələbə iddiası «vaxtından qabaq» ola bilər. 

 

Bu bəyanatdan əvvəl Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Prezident Həmid Kərzayinin səslərin çoxunu – 54,6 faizini qazandığı bildirilib.

 

Kərzayinin seçki kampaniyası Avropa Birliyi missiyasının bəyanatını «məsuliyyətsiz» adlandırıb.

 

Amma xüsusi komissiya seçki məntəqələrinin 10 faizində səslərin yenidən sayılmasına göstəriş verdiyindən  bunu hələlik yekun nəticə hesab etmək olmaz.

 

XS
SM
MD
LG