Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:23

Əfqanıstana əlavə qüvvə göndərilməsi tələsik ola bilməz


Əfqanıstana əlavə qüvvələr göndərilməsilə bağlı qərar tələsik ola bilməz.

Bunu ABŞ prezidenti Barak Obama deyib.

ABŞ prezidentinin baş hərbi müşaviri Mayk Mallen Senatda çıxış edərkən deyib ki, Əfqanıstandakı Amerika heyətini genişləndirmək lazımdır.

Onun fikrincə yalnız bu yolla yaraqlılara qarşı uğurlu mübarizə aparmaq olar.

Barak Obama bundan əvvəl ilin sonunadək Əfqanıstana əlavə 20 mindən artıq qüvvə göndərilməsi barədə qərar verib.
XS
SM
MD
LG