Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Arabul məhkəmədən bəraət tələb edir


Sentyabrın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə son sözlə çıxış edən «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Hüseyn Arabul irəli sürülmüş ittihamlarla özünü təqsirli hesab etmədiyini bildirərək məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını tələb edib.

Hakim Novruz Kərimovun sədrliyi ilə Azərbaycan sərhəddini qanunsuz keçməkdə və dövlət məmuruna 30 min manat rüşvət təklif etməkdə təqsirli bilinən Hüseyn Arabul son sözündə 4 nəfərin fərziyyələri əsasında həbs edildiyini söyləyib. O, bildirib ki, irəli sürülmüş ittihamlar nə ibtidai, nə də məhkəmə istintaqında təsdiqini tapmayıb.

Sentyabrın 18-də Arabula hökm oxunacaq.

Hüseyn Arabul 2007-ci ildə Azərbaycanda iqtisadi cinayətkarlıqda təqsirli bilinərək 5 il şərti cəza alıb. Bu müddətində o, ölkəni tərk edə bilməzdi. Amma, «Barmek» prezidenti Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub.
XS
SM
MD
LG