Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 20:39

«Şahdəniz»də bir həftəlik fasilə yaranıb


«Şahdəniz»də qaz hasilatında bir həftəlik fasilə yaranıb

ARDNŞ təmsilçisi məlumat verib ki, qaz hasilatı 13 sentyabrda cari təmir işləri ilə bağlı dayandırılıb.

«Bu işlər əvvəllər planlaşdırılmışdı, «Şahdəniz»də qaz hasilatı 20 sentyabrda bərpa ediləcək», - deyə ARDNŞ təmsilçisi bildirib.

2008-ci ilin yanvar-iyulunda Azərbaycanın qaz sisteminə bu yataqdan 1,2 mlrd kubmetr qaz daxil olub.

«Şahdəniz» şelf qaz-kondensat yatağıdır. Onun ümumi ehtiyatlarının 1,2 trln m? təbii qaz və 240 mln ton qaz kondensatı olduğu bildirilir. Yatağı Azərbaycan və xarici şirkətlər işlədir.

/Turan/
XS
SM
MD
LG