Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

ABŞ və İsrail rəsmiləri danışıqlar aparacaq


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel sentyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

İsrail işğal etdiyi İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirir. Fələstin isə bildirir ki, bu məsələ İsrail-Fələstin sülh danışıqlarının bərpasına ən böyük maneədir.

ABŞ prezidenti Barak Obama - Netanyahu və Fələstin prezidenti Mahmud Abbasın bu ayın sonunda BMT Baş Assambleyasının iclasında birgə iştirakına ümid edir.

BMT hesab edir ki, İsrailin işğal etdiyi Qərb zolağında yaşayış məntəqələri salması beynəlxalq hüquqa ziddir.
XS
SM
MD
LG