Dəniz Baykal
Türkiyənin Xarici İşlər naziri Davutoğlu Ermənistanla imzalanan protokolla bağlı məlumat vermək üçün Milliyyətçi Hərəkat Partiyasından (MHP) başqa siyasi partiyaları gəzməyə başladı. MHP bu məsələ barədə heç nə eşitmək istəmədiyinə görə Davutoğlu ilə görüşməyi rədd etdi.CHP sədri Baykal, Davutoğlu ilə görüşündən sonra məsələ ilə bağlı «fikirlərini» açıqladı. «Bizim də fikrimiz var» - dedi, ancaq əsas fikrinin Qarabağın işğalına son qoyulmadan belə bir layihənin həyata keçirilməməsinə dair min dəfə təkrarlanan, radikal sağın dilindən düşməyən fikri olduğu məlum oldu. Baykal bu məsələ ilə bağlı olaraq dedi:
«QARABAĞ» SÖZÜNÜN YERİNƏ 3 NÖQTƏ
«Təhlükəsizlik səbəbinə görə, Qarabağın (muəllif «Qarabağ» sözünün yerinə nöqtələr qoyub-M.Ə.) işğalı qəbul edilə bilməz. Bu işğalla bağlı BMT-nin qətnaməsi var. Qarabağın işğaldan azad edilməsi üçün Avropa Birliyinin açıq tələbi var. İşğalçı Ermənistan («Ermənistan» sözünün yerinə müəllif nöqtələr qoyub-M.Ə,) bu qərarlara riayət etməlidir».
Bizim siyasətçilərimizin bəzi məsələlərə nə qədər dar nöqteyi-nəzərdən baxdıqlarının sübutu Baykalın bu açıqlamasıdır. Baykalın çıxışının xülasəsini verərkən «Qarabağ» sözünün yerinə 3 nöqtə qoyduq; çünki bu 3 nöqtənin yerinə «Kipr» yazsanız, Baykalın sözləri eynilə doğru olar. Qarabağ məsələsindəki fərq isə beynəlxalq ictimaiyyətin Ermənistana qarşı hər hansı sanksiya tətbiq etməmisidir. Sərhəddi bağlı saxlayan Türkiyə bu embarqonu tətbiq edir.
CHP sədrinin üslubu və sözlərinin hansı mənanı daşıdığının fərqində olmaması, bu patiyanın və onun liderinin siyasət anlayışının tipik bir örnəyidir. Hökumətdən və ya başqalarından gələn hər fikrə və təklifə qarşı çıxmaq, o təklif və fikirlərə zidd olan tezislər yaratmağa çalışmaq Baykalı bu vəziyyətə gətirir.
SADƏCƏ «OLMAZ» DEYƏN BİR MÜXALİFƏT HƏR HÖKUMƏTƏ QİSMƏT OLMAZ
Qarabağın işğalı ilə bağlı bu qədər həssas davranan Baykalın Azərbaycanla Ermənistan arasındakı müzakirələrə tam şəkildə bələd olmadığı anlaşılır. Nə əhəmiyyəti var - hökumət Ermənistanla münasibətləri normallaşdırmaq siyasəti yürütsə, Baykal buna qarşı çıxar. İşğal altındakı Qarabağ azərilərinin vəziyyətinə çox üzülən Baykal Türkiyədəki kürdlərin problemlərinin olduğunu və siyasətin bu problemləri həll etmək məcburiyyətində olduğunu görməzlikdən gələr.Baykal bu müxalifət üsulunun AKP-ni çətin vəziyyətdə qoymaq yerinə, həm içəridə, həm də qıraqda ona güc qazandırdığını hələ də görə bilmir.
Həqiqətən AKP hökuməti çoxpartiyalı siyasət dövrümüzün ən çox bəxti gətirən hökumətidir. Çünki onun qarşısındakı yeganə siyasi qüvvə CHP müxalifətidir. Özünü inkişaf etdirə bilməyən, heç bir siyasət «istehsal edib» təşəbüsü əlinə ala bilməyən, sadəcə «Olmaz» deyən bir müxalifət hər hökumətə qismət olmaz.