BMT İsraili ilin əvvəlində Qəzzə bölməsində apardığı hərbi əməliyyatlar zamanı həddən artıq güc tətbiq eləməkdə ittiham edib.
BMT-nin komisiyasının hesabatında deyilir ki, israil hərbçilərinin bir sıra hərəkətlərini hərbi cinayət kimi qiymətləndirmək olar.
Hesabatda xüsusilə mülki şəxslərə bilərəkdən hücum edildiyi və hərbi əsirlərlə bağlı Cenevə konvensiyasının kobud şəkildə
pozulduğu qeyd olunur.
İsrail hesabatın tamamilə birtərəfli olduğunu deyir.
İsrailin bu il Qəzzədə apardığı hərbi əməliyyatlar zamanı 1400-dən artıq fələstinli ölüb.