Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:48

Buşa ayaqqabı atan jurnalist azadlıqda


İraq televiziyası Corc Buşa ayaqqabı atan jurnalistin azadlığa buraxıldığını bildirib. Müntəzər əl-Zaidi həbsxananı sentyabrın 15-də İraq parlamentinin bəzi üzvlərinin müşayiəti ilə tərk edib.

Əvvəllər bir o qədər də tanınmayan jurnalist 2008-ci ilin dekabrında ABŞ prezidentinə ayaqqabı atandan sonra ərəb dünyasında məşhurlaşıb. Zaidi bu yolla ABŞ-ın İraqa müdaxiləsinə etirazını bildirib.

O, səfərdə olan dövlət başçısını təhqir etməkdə təqsirli bilinərək əvvəl üç il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan yaxşı davranışa görə cəza müddəti azaldılmışdı.
XS
SM
MD
LG