Keçid linkləri

Təcili xəbərlər
2023, 28 May, bazar, Bakı vaxtı 07:36

«Xəzərin qaz infrastrukturu - 2009»


Sentyabrın 15-də Bakıda ikigünlük «Xəzərin qaz infrastrukturu -2009» beynəlxalq konfransı başlayıb.

Xəzərin qaz potensialı, qazın hasilatı və nəqli imkanlarına həsr olunmuş konfransa Böyük Britaniya və Gürcüstanın energetika nazirləri, Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini, Avropa Birliyinin enerji komissarı Andris Piebalqs, həmçinin İran və Türkmənistan milli neft və qaz şirkətlərinin rəsmi şəxsləri qatılıblar.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan bütün enerji layihələrində iştirakda maraqlıdır, ancaq iqtisadi layihələrin siyasi layihələrə çevrilməsinin tərəfdarı deyil.

Əsrin müqaviləsinin imzalanmasının 15 illik yubileyi ilə əlaqədar keçirilən konfransda müxtəlif ölkələrdən hökumət nümayəndələri və şirkət rəhbərləri daxil olmaqla 150-dən artıq rəsmi şəxs iştirak edir.
XS
SM
MD
LG