Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 00:31

Sentyabrın 14-də günün ikinci yarısında Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze Azərbaycana 2 günlük rəsmi səfərə gəlir. Onun Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli və regional münasibətlər müzakirə olunacaq. Həmçinin Azərbaycanla Gürcüstanın birgə iştirak etdiyi beynəlxalq və regional layihələr ətrafında fikir mübadiləsi aparılacaq.

Elxan Poluxovun sözlərinə görə, nazirlərin görüşündən sonra mətbuat konfransı nəzərdə tutulmur. Görüş barədə mətbuata məlumat veriləcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG