Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:31

Rusiya Venesuelaya 2.2 milyard dollar kredit verməyə razılaşıb


Prezident Uqo Çaves deyib ki, Venesuelanın Rusiya silahları almasını maliyyələşdirmək üçün Rusiya ona 2.2 milyard dollar kredit verməyə razılaşıb. Bu silahlara 92 ədəd T-72 tankı və S-300 raketləri daxildir.

Ənənəvi televiziya çıxışında xalqa müraciət edən Çaves bildirib ki, qonşu Kolumbiyanın öz hərbi bazalarını Amerika qoşunlarının istifadəsi üçün açıq elan etməsi Venesuelaya təhlükə törətdiyinə görə o, yeni silahlar almaq məcburiyyətindədir.

Birləşmiş Ştatları davamlı tənqid edən solçu Çaves son illər ərzində Rusiya silahlarına 4 milyarddan çox pul xərcləyib.

XS
SM
MD
LG