Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

Usama bin Laden amerikalılara müraciət edib


Usama bin Ladenin “Amerika xalqına müraciət” başlıqlı audio müraciəti yayılıb. Müraciət Əl-Qaidə terror təşkilatını dəstəkləyən islamçıların saytında yerləşdirilib. Müraciətdə bildirilir ki, Amerika İsraili dəstəklədiyinə görə Əl-Qaidə bu ölkəyə qarşıdır. Müraciətdə həmçinin Barak Obamanın İraq və Əfqanıstan müharibələrinə son verməkdə aciz olduğu bildirilir.

Bu müraciət 11 sentyabr hadisələrinin ildönümündən bir neçə gün sonraya təsadüf edir. Bin Ladenin son belə audio müraciəti iyun ayında, prezident Obamanın Qahirə universitetindəki çıxışı ərəfəsində yayılmışdı.

Əl-Qaidə liderinin yeri bilinməsə də, kəşfiyyat orqanları onun Əfqanıstan-Pakistan sərhədindəki dağlıq ərazidə gizlənə biləcəyini söyləyirlər.

XS
SM
MD
LG