Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Medvedev Türkmənistana qaz danışıqlarına gəlib


Rusiyanın prezidenti Dmitri Medvedev
Rusiyanın prezidenti Dmitri Medvedev
Rusiyanın prezidenti Dmitri Medvedev enerji məsələlərini müzakirə etmək üçün sentyabrın 13-də Türkmənistana gəlib. O, türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla görüşəcək.

Bu haqda Medvedevin köməkçisi Sergey Prixodko məlumat verib.

Prixodko deyib ki, Rusiya üçün Türkmənistanın təbii qazla bağlı strateji planları və bu planlarda Rusiyanın yeri çox vacibdir.

Bu ilin aprelində Türkmənistan qazını Rusiyaya daşıyan kəmər partlamışdı, Rusiya ərazisi ilə ixraca ciddi problem yaranmışdı.
XS
SM
MD
LG