Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 21:42

Azərbaycan Gürcüstanın 7 kəndinə qaz verib


Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstanın Dmanisi şəhərində bərpası başa çatdırəlmış qaz xəttini istifadəyə verib.

APA-nın məlumatına görə, açılış mərasimində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmiləri iştirak ediblər.

Yeni kəmər Dmanisinin 7 kəndini qazla təmin edəcək ki, bunlardan biri azərbaycanlıların yaşadığı Dunus kəndidir.

ARDNŞ yaxın gələcəkdə Dmanisinin Hamamlı və Yırğınçay kəndlərini də qazla təmin etmək fikrindədi.
XS
SM
MD
LG