Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Cüdoçularımız Yerevanda daha bir bürünc qazandı


Cüdoçularımız Yerevanda daha bir bürünc medal qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Ramin Qurbanov 3-cü yr uğrunda mübarizədə ukraynalı Aleksandr Derkaçı məğlub edib.

Bu Azərbaycan yığmasının Yerevanda qazandığı 4-cü medaldır.

Komandamız indiyədək 1 gümüş və 3 bürünc medal qazanıb.

Xatırladaq ki, Yerevanda cüdo üzrə gənclər arasında Avropa Çempionatı keçirilir.
XS
SM
MD
LG