Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Venesuela Rusiyadan raket alacaq


Venesuela Rusiyadan 300 kilometrlik məsafəni vura bilən raketlər alacaq.

Bunu Venesuela prezidenti Uqo Çaves Rusiya da daxil olmaqla Asuya, Afrika və Avropa ölkələrinə səfərdən döndükdən sonra Karakasda deyib.

Amma Uqo Çaves Rusiyadan alınacaq raketlərin sayı və qiymətinə aydınlıq gətirməyib.

O həmçinin qeyd edib ki, hazırda Rusiyadan T-72 və T-90 tankları alınmasıyla bağlı danışıqlar gedir.

Məlumatlara görə Venesuela son illər Rusiyadan qırıcı təyyarələr və vertolyotlar da daxil olmaqla müxtəlif növ silahların alınmasına 4 milyar dollardan artıq vəsait xərcləyib.
XS
SM
MD
LG