Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:47

Müasir Müsavat partiyası ofisindən çıxarılır


Hafiz Hacıyev
Hafiz Hacıyev
Müasir Müsavat partiyası ofisindən çıxarılır. Onun yerləşdiyi bina isə Qarabağın azərbaycanlı icmasının və Şuşa rayon İcra Hakimiyyətinin sərəncamına verilir.

Bunu AzadlıqRadiosuna həmin partiyanın sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, qərargah axtardıqlarından, hələ binadan çıxmayıblar:

«İstəyirlər bizim partiyanın binasını Qarabağ icmasına və Şuşa rayon İcra Hakimiyyətinə versinlər. Şuşa qalıb ermənilərdə, biz Bakıda Şuşanın İcra Hakimiyyətini yaradırıq, bu, məntiqsizlikdir. Çalışırlar bizi müəyyən konfrontasiyalara, təxribata cəlb etsinlər. Bizim partiyanın əksəriyyəti qərbi azərbaycanlılardır. Qərbi azərbaycanlılar məsələ qaldırıblar ki, belə olan halda, biz də Qərbi Azərbaycan Mühacir Hökumətini yaratmalıyıq. Biz bu işlə məşğuluq. Qərbi azərbaycanlılar da insandırlar, onların da icması olmalı, onlara yer verilməlidir».

H.Hacıyev hesab edir ki, Müasir Müsavat partiyasının binadan köçürülməsi prezidentə qarşı təxribatdır:

«Parlament seçkiləri ərəfəsində Qərbi azərbaycanlılar ilə qarabağlılar arasında böyük qarşıdurma yaradırlar».

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov isə deyir ki, həmin binada hazırda təmir işləri gedir və təmir bitəndən sonra icma ora köçəcək:

«Bina Neft Şirkətinin binası olub. Müasir Müsavat partiyası orada icarədə olub».

Müasir Müsavat partiyası həmin binada - Qədirbəyov küçəsi 9 ünvanında dörd ildir yerləşir.

Nazirlər Kabineti bu binanın Qarabağın azərbaycanlı icmasına verilməsi barədə sərəncam verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG