Azərbaycanda bir gündə iki ruhi xəstə özünü öldürüb. Rayonun Yeni Ramanı qəsəbə sakini, 1966-cı il təvəllüdlü Qazıəhməd Həmidov özünü yaşadığı evin hamamında asıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur. Növbəti intihar hadisəsi isə Göygöl rayonunda baş verib. Rayonun Quşqara kənd sakini, 1978-ci il təvəllüdlü Aqşin Həsənov özünü yaşadığı evin tavanından asıb. İntihar edən hər iki şəxsin ruhi xəstə olduğu bildirilir. Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. / APA / |