Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:43

Baş nazir üzr istədi


Britaniyanın baş naziri Qordon Braun İİ Dünya Müharibəsi zamanı şifrəaçan olmuş məşhur riyaziyyatçı Alan Tyurinqə qarşı ədalətsiz davranışa görə üzr istəyib.

O, deyib ki, Tyurinqin nasistlərin gizli şifrələrini açmaq qabiliyyəti müttəfiq qüvvələrin qələbəsini tezləşdirib.

Müharibədən beş il sonra riyaziyyatçını qanunla qadağan olunmuş homoseksuallıqda ittiham ediblər. 1954-cü ildə o, intihar edib.

Alan Tyurinq kompyuter və süni intellekt yaradılması istiqamətində də bir sıra uğurlar əldə edib.

Tyurinqin adından 30 min adam baş nazirə imza ilə müraciıt edəndən sonra Qordon Braun sentyabrın 11-də üzr istəyib.
XS
SM
MD
LG