Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:57

Uyğur lideri demokratik ölkələri Çinə təzyiq etməyə çağırır


Uyğurların mühacirətdə olan lideri demokratik ölkələri Çinə təzyiq etməyə çağırır. Rebiya Kadir deyib ki, demokratik ölkələr Çinin milli azlıqlarla bağlı siyasətini dəyişməsinə nail olmalıdırlar.

Bu barədə Dünya Uyğur Konqresinin lideri Asiyada insan haqlarının vəziyyətinə dair bugünlərPraqada keçirilən konfransda bildirib.

Çinin Praqadakı səfirliyi Rebiya Kadirin və Dalay Lamanın konfransda iştirakına etiraz edib. Səfirlik hesab edir ki, Çex Respublikası onlara öz separatçı fikirlərini yaymağa imkan verir.
XS
SM
MD
LG