Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Milli Bankın sədr müavini sədri ittiham edir


Ukrayna Milli Bankının sədr müavini Aleksander Savçenko bu gün istefa verib. O, istefasını bankın rəhbərliyinin bu qurumu siyasətdən asılı vəziyyətə salması və bəzi hallarda öz şəxsi gəlirləri üçün çalışmaları ilə izah edir.

Aleksander Savçenko bu gün keçirdiyi mətbuat konfransında deyib ki, dövlətin banka hədsiz müdaxiləsinə görə, prezident Viktor Yuşenkonun şəxsi müttəfiqləri, o cümlədən də bankın rəhbəri Volodimir Stelmax cavabdehdir.

Bu həftə Daxili İşlər naziri Yri Litsenko da bildirib ki, Milli Bankın şübhəli rəsmiləri bankın fondlarını taladığından Ukraynanın böhrandan əziyyət çəkən bank sektorunun və valyutasının müdafiəsini təşkil etmək çətin olur.
XS
SM
MD
LG