Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:15

Prokuror terrorçuluqda təqsirləndirilən şəxslərə cəza istədi


Sentyabrın 11-dən Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə «Əl-Qaidə», «Hizbullah» və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi idarəsi ilə işbirliyi qurub terror aktları törətməyə cəhddə suçlu bilinən Azərbaycan və Livan vətəndaşlarının məhkəməsi keçirilib.

İttiham aktına görə, silahlı dəstə İsrailin Azərbaycandakı səfirliyinə eyni vaxtda bir neçə istiqamətdə hücuma hazırlaşıb.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən AzadlıqRadiosuna verilən xəbərə görə, hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə 13 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası istəyib.

Proses sentyabrın 23-də davam edəcək.
XS
SM
MD
LG