Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:39

Qərb İranın təkliflərini müzakirə edəcək


Sentyabrın 11-də dünyanın güc dövlətləri İranın təkliflərini müzakirə edəcək. Təkliflər İranın mübahisəli nüvə proqramı ilə Qərbin narahatlığını yüngülləşdirməyə yönəlib.

ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya diplomatları arasında telefon konfransı keçiriləcək.

Ağ Evdən deyiblər ki, İranın 5 səhifəlik təkliflər paketi nüvə prqramı ilə bağlı narahatlığı azaltmır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə deyib ki, təkliflərdə işlənilməsi mümkün olan məsələlər var.

Lavrov İrana qarşı neft sanksiyalarının qoyulmasını istisna edib.

Qərb İranın nüvə silahı hazırlaya biləcəyindən ehtiyat edir, Tehran isə bunu inkar edir.
XS
SM
MD
LG