Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:10

Qazaxıstanda qeyri-rəsmi Xəzər sammiti başlayır


Qazaxıstanın Aktau limanında qeyri-rəsmi Xəzər sammiti başlayır. Sammitə İrandan başqa bütün Xəzəryanı dövlətlər dəvət olunub. İran artıq sammitin keçirilməsinə dair narazılığını bildirib.

Sammit qeyri-formal xarakter daşıdığından görüşün gündəliyini prezidentlər özləri müəyyənləşdirəcəklər.

Aktaudakı görüş zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya qarşıdakı səfəri, İrana dəmiryolunun inşası, Çin istiqamətində qaz kəmərinin inşası kimi ən mühüm strateji layihələr müzakirə ediləcək.

Sammit sentyabrın 13-dək davam edəcək.

Aktaudan sonra prezidentlərin Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana səfər edəcəkləri gözlənilir.

Türkmənistan Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq» yataqlarına iddia edir, həmçinin iki ölkə milli sektorlarının hüdudlarında yerləşən «Kəpəz» yatağını özününkü hesab edir.

Türkmənistan Xəzərdəki mübahisəli yataqlarla bağlı Azərbaycanı Beynəlxalq Arbitraj Məhkəməsinə verməyə hazırlaşır.
XS
SM
MD
LG