Bu gün Amerikada törədilən 11 sentyabr terrorundan 8 il ötür.
Bu günlə əlaqədar Dünya Ticarət Mərkəzinin qüllələrinin əvvəl ucaldığı yerdə anım mərasimi keçiriləcək.
ABŞ Dövlət katibi Hillari Klintonun mərasimdə çıxış edəcəyi gözlənilir. Prezident Barak Obama isə Pentaqonda keçiriləcək tədbirə qatılacaq.
2001-ci ilin bu günündə oğurlanmış təyyarələrin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və ABŞ Müdafiə Nazirliyinin binasına çırpılması nəticəsində üç mindən çox adam həlak olub.
Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.