Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:09

11 sentyabr terrorundan 8 il ötür


Bu gün Amerikada törədilən 11 sentyabr terrorundan 8 il ötür.

Bu günlə əlaqədar Dünya Ticarət Mərkəzinin qüllələrinin əvvəl dayandığı yerdə anım mərasimi keçiriləcək.

ABŞ Dövlət katibi Hillari Klintonun mərasimdə çıxış edəcəyi gözlənilir. Prezident Barak Obama isə Pentaqonda keçiriləcək tədbirə qatılacaq.

2001-ci ilin bu günündə oğurlanmış təyyarələrin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və ABŞ Müdafiə Nazirliyinin binasına çırpılması nəticəsində üç mindən çox adam həlak olub.

Bu terror hadisələrinə görə məsuliyyəti «Əl-Qaidə» təşkilatı öz üzərinə götürüb.
XS
SM
MD
LG